Ordu.az xəbər verir ki, bu barədə KXDR barədə məlumatlar üzrə ixtisaslaşan “38 North” portalı məlumat yayıb.
Qeyd edilir ki, son 15 il ərzində hərbi paradlara hazırlıq öncədən müəyyənləşdirilən ssenari üzrə keçir. Adətən təşkilatlanmaya 4 aydan 6 ayadək zaman gedir.
Noyabrın 24-də çəkilən görüntülərə əsasən, Mirim aerodromu ətrafında 70-ə yaxın avtobus görüntülənib. Həmin avtobuslarla təşkilatçıların gəldiyi güman olunur.
Artıq aerodromun ərazisində Kim İr Sen meydanının eynisi yaradılıb. Hərbi texnikalar isə aerodromun yaxınlığında danışıb. Yanvarın 6-da çəkilən görüntülərdə 60-dan çox zenit və artilleriya qurğusu qeydə alınıb.
“Yonhap” nəşrinin məlumatına görə, keçiriləcək hərbi paradda 13 min hərbçi və 200 ədəd hərbi texnika iştirak edəcək.
Ağalar Qəribov
Ordu.az