KXDR girov götürdüyü “USS Pueblo”nu qürurla nümayiş etdirir - FOTOLAR

2018/01/article-2378294-1AFC7709000005DC-329_634x394_3033740104.jpg
Oxunub: 1632     17:17     25 Yanvar 2018    
Gəmi Pxenyanın mərkəzindəki Ana Vətənin Azadlıq Müharibəsində Zəfər” muzey kompleksinin yanından axan Fotonq çayında simvol kimi dayanır.

Ordu.az “Foxnews”a istinadən xəbər verir ki, Bu həftə Şimali Koreyanın ABŞ-ın “USS Pueblo” gəmisini ələ keçirməsinin 50-ci ildönümüdür.

Gəmini görməyə gələn insanlara Koreyanın müharibədə Amerikanı necə məğlub etməsindən danışılır.

Gəmi 1968-ci ildə KXDR-in sualtı hücumundan qaçmağa çalışarkən, digər sualtı tərəfindən vurulur. Tezliklə 4 torpedo qayığı və 2 Mi-21 qırıcı təyyarələri hadisəyə qarışır. Gəminin atəşə tutulması nəticəsində gəminin heyətindən 1 nəfər həlak oldu, digər 82 nəfər isə 335 gün ərzində həbsdə saxlanıldı.

ABŞ gəminin neytral sularda olduğunu desə də, KXDR hücum edilərkən onun özünün su ərazisində olduğunu iddia edir.

Hadisə Soyuq Müharibənin şiddətini pik həddə çatdırdı və ciddi hərbi münaqişə potensialı meydana gətirdi. Lakin 1968-ci il dekabrın 21-də ABŞ baş müzakirəçisi general-mayor Cilbert Vudvard “Pueblo”nun “qanunsuz olaraq KXDR-in su ərazisinə daxil olduğunu” etiraf edən bir bəyanat imzaladı. Halbuki o, bunu imzalamadan əvvəl də, sonra da inkar etdi.

Həbsdə olanların əksəriyyəti pis qidalanmadan dolayı zəifləmiş və əməliyyat zamanı gördükləri davranışdan dolayı demək olar ki, görmə qabiliyyətlərini itirmişdilər.

ABŞ hökuməti yalnız 1989-cu ildə əsir düşənlərə Müharibə əsiri medalı təqdim etməklə personalın fədəkarlığını rəsmi şəkildə tanıdı

Qeyd edək ki, “USS Pueblo” bu vaxta qədər başqa dövlət tərəfindən ələ keçirilən yeganə ABŞ gəmisidir və hələ də ABŞ dəniz gəmiləri qeydiyyatında rəsmi olaraq yer alır.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞUSS-Pueblo  


Bizi "telegram"da izləyin