Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin Moskvadakı səfiri Fəhad Məhəmməd əl-Attıyyə bəyan edib.
“Bəli, biz Rusiyadan S-400 zenit raket sistemləri almaq istəyirik. Həmçinin Quru Qoşunları üçün texnika almaq planımız var”, - deyə səfir bildirib.
O xatırladıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun Dohaya səfəri çərçivəsində (2017-ci ilin oktyabr ayında – red.) Rusiya və Qətər arasında hərbi-texniki əməkdaşlıq barədə müqavilə imzalanıb.
Ağalar Qəribov
Ordu.az