ABŞ KXDR raket proqramına qarşı müdafiəni gücləndirir – Sınaq bürosu

2018/01/105963234145645_1516861075.jpg
Oxunub: 3239     14:16     25 Yanvar 2018    
ABŞ Müdafiə Nazirliyinin sınaq ofisi quruda yerləşən raketdən müdafiə sistemlərinin hədəfi məhv etmək qabiliyyətinin inkişaf etdiyini bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ofisin illik hesabatında 36 milyard dollarlıq sistemin ABŞ-ın əsas hissəsini və Havayı orta mənzilli və ya qitələrarası ballistik raketlərdən müdafiə etməyə qadir olduğu qeyd olunub.

Ofisin öncəki hesabatında ölkənin müdafiə sistemlərinin sadəcə az sayda QABR-a qarşı məhdud imkanlara malik olduğunu göstərirdi. Lakin yeni hesabat ABŞ-ın müdafiə imkanları baxımından daha nikbin nəticəyə nail olunduğunu iddia edir.

Ofisin məlumatına görə, yeni hesabatda göstərilən inkişaf ötən ilin mayında “Raytheon”un “Exoatmospheric” ölüm maşının KXDR-in QABR-nın bənzərini uğurla sıradan çıxarmasından qaynaqlanır

Qeyd edək ki, ABŞ-ın raketdən müdafiə sistemləri raket, sensor və kommunikasiya qoşmalarından ibarət şəbəkəyə malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin