Morqulov Hindistanda: “Rusiya Pakistana hərbi yardım edir”

2018/01/4584854854851_1516813561.jpg
Oxunub: 2693     01:38     25 Yanvar 2018    
Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov ölkəsinin Pakistana hərbi yardım etdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Morqulov bu barədə Hindistan XİN və Hindistan beyin mərkəzi Müşahidəçi Tədqiqat Fondunun birgə təşkil etdiyi geosiyasi konfransda səsləndirib.

Konfransda Hindistan Xarici İşlər naziri general VK Sinq və Əfqanıstanın sabiq prezidenti Həmid Kərzayi də iştirak edib.

Yaxın zamanlarda Pakistan Ordusu Aviasiya Korpusunun 4 ədəd Rusiya istehsalı Mi-35M hücum helikopterləri qəbul etdiyi iddia edilir. İki il əvvəl Rusiya Pakistana hərbi texnika və silahların tədarükü ilə bağlı embarqonu ləğv edib.

Xatırladaq ki, 2014-cü il noyabrında Pakistan və Rusiya hərbi əlaqələri gücləndirmək üçün ikitərəfli müdafiə əməkdaşlığı üzrə razılıq imzalayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Rusiya   Hindistan  


Bizi "telegram"da izləyin