Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
""Zeytun budağı" əməliyyatını başlamaqla, biz müxtəlif qüvvələrin oyunlarının qarşısını aldıq, onlar öz planlarını bizim regionda gerçəkləşdirmək istəyirdilər. Manbicdən başlayaraq bütün sərhəd xətti boyunca regionu terrorçulardan təmizləyəcək, təhlükəsizliyimizi təmin edəcəyik", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı mübarizə aparan qüvvələr artıq 250 nəfərdən çox itki veriblər və bu, son rəqəm deyil.
Ağalar Qəribov
Ordu.az