KXDR ətrafında ABŞ-ın aviadaşıyıcılar yerləşdirməsini qınayıb

2018/01/5415415151541558_1516809649.jpg
Oxunub: 2952     00:04     25 Yanvar 2018    
Şimali Koreya ABŞ-ın Asiya-Sakit okean regionunda aviadaşıyıcılar yerləşdirməsini qınayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR XİN-in Amerikanşünaslıq İnstitunun mətbuat katibi bildirib.

Sözçünün bəyanatında bunun inkişaf etməkdə olan Koreyalararası əlaqələrə kölgə saldığı və Koreya yarımadasındakı gərginliyi artırdığı qeyd edilib.

O, Koreya yarımadası yaxınlığında “USS Carl Vinson” superdaşıyıcının səfərbər edilməsi və digər aviadaşıyıcı “USS John C. Stennis”in əraziyə gətirilməsi haqda planları pisləyib.

Mətbuat katibi həmçinin, Osan hava bazasına EC-130H “Compass Call” təyyarəsinin, Quama 3 ədəd B-2 gizli bombardmançılarının və 6 ədəd B-52 strateji bombardmançıların yerləşdirməsini və “Minuteman III” qitələrarası ballistik raketin sınaq atışı ilə bağlı planı da qınayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin