"KXDR qlobal nüvə silah yarışını qızışdıra bilər" - Mayk Pompeo

2018/01/456456_1516794644.jpg
Oxunub: 3885     19:50     24 Yanvar 2018    
Qlobal nüvə silahları yarışı maliyyə çətinliyi olan KXDR-in öz silah texnologiyalarını satması ilə şiddətlənə bilər.

Ordu.az “Yahoo”ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo səsləndirib.

Onun sözlərinə görə, KXDR öz nüvə silahı və ballistik raket texnologiyalarını İran kimi ölkələrə sata bilər.

“Şimali Koreya rejiminin nüvə qabiliyyətini gücləndirməyə davam etməsinə icazə verilməsində ən böyük təhlükə bu çoxalma riskidir. Onların təkmilləşdirdiyi texnologiya dünyanın hər yerinə yayıla bilər”, - deyə Pompeo bildirib.

“Və ikinci olaraq, əgər onlar nüvə silahları sistemlərini əldə etməyə davam etsələr, və İranlılar onların vasitəsilə irəliləyiş əldə etsələr, bir çox başqa dövlət də bu dövlətlərdə olanlara sahib olmaq istəyəcəklər”, - deyə o, əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-böhranı  


Bizi "telegram"da izləyin