Suriya ordusu İdlib aviabazası ətrafında təhlükəsiz zonanı genişləndirir

2018/01/261_1516792581.jpg
Oxunub: 3671     19:12     24 Yanvar 2018    
İdlibdəki Əbu əl-Dohur aviabazsı ətrafındakı terrorçuların mövqelərinə hücumlarını davam etdirən Suriya Silahlı Qüvvələri aviabaza ətrafında yeni ərazilər ələ keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artilleriya qoşunları və aviasiya qüvvələrinin dəstəyi altında döyüşən əsgərlər Əbu əl-Dahur qəsəbəsinin qərbində yerləşən Xəfiyyə yaşayış məntəqəsindən terrorçuları çıxarmağa nail olub.

Hücumlarda xeyli sayda terrorçu və hərbi texnikaları məhv edilib. Ordunun mühəndis qüvvələri yeni ələ keçirilən ərazilərdə bombaların və minaların zərərsizləşdirilməsinə başlayıb.

Suriya İnsan Hüquqları Müşahidə Qrupunun yaydığı məlumata görə Suriya ordusu İdlib, Hələb və Həmada 322 kənd, qəsəbə və digər yaşayış məntəqəsini terrorçulardan azad edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib  


Bizi "telegram"da izləyin