Britaniya və Rusiya – Kim daha güclüdür?

2018/01/1498856825435345_1516785064.jpg
Oxunub: 3709     17:17     24 Yanvar 2018    
Rusiya və Britaniyanın hərbi xərcləri demək olar ki, bərabərdir, lakin Rusiya ordusu öz gücünə görə Britaniyanı qabaqlayır.

Ordu.az xəbər verir ki, bu mövqeni “Telegraph” nəşri ortaya qoyub.

Məqalə Böyük Britaniya Baş Qərargah rəisi Nik Karterin Britaniya ordusunun Rusiya ordusundan daha zəif olması ilə bağlı bəyanatı fonunda yazılıb.

“Beynəlxalq Strateji Araşdırmalar İnstutunun məlumatına görə, 2016-cı ildə Rusiyanın müdafiə bürcəsi 46,6 milyard dollar təşkil edir. Britaniyada isə bu rəqəm 52,5 milyard dollara bərabərdir. Buna baxmayaraq ölkələrin hərbi gücü arasında fərq özünü çox aydın göstərir”, - deyə məlumatda qeyd olunur.

Məlumata əsasən, Rusiya ordusunun sayı 830 min nəfər təşkil edir, Britaniyda isə bu rəqəm 15 min hərbi qulluqçuya bərabərdir.

Həmçinin Rusiya ordusu Britaniya ordusunu hərbi texnikanın sayında da qabaqlayır – Rusiyada 270 min, Britaniyada isə 82 min döyüş texnikası var.

Rusiya ordusunun silahlanmasında 2700 tank və 4900 hərbi piyada maşını mövcuddur. Britaniyada isə bu rəqəmlər müvafiq ardıcılıqla 227 və 623-ə bərabərdir.

Məqalədə qeyd edilir ki, Rusiya yalnız əsgər sayının üstünlüyü ilə bütün Britaniya ordusunu üstələyə bilər.

O cümlədən Rusiya ordusunda genişmiqyaslı modernləşdirmə işləri aparıldığı bildirilir və ehtiyatda olan general Riçard Berronsin fikrincə, Britaniya ordusu ən azı 20 il köhnəlib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Britaniya   Ordu  


Bizi "telegram"da izləyin