Ordu.az “CBS News” telekanalına istinadən xəbər verir ki, bub arədə MKİ direktoru Mayk Pompeo bəyan edib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurum KXDR-ə münasibətdə gizli və sirli əməliyyatları genişləndirir.
“Əks təqdirdə KXDR-in nüvə silahı çox yaxınlarda çata biləcək, bunun baş verməsinə izn vermək olmaz”, - deyə Pompeo bildirib.
MKİ rəhbərinin sözlərinə görə, ABŞ rəhbərliyi KXDR-in ABŞ-a zərbə endirəcəyi müddəti ləngitmək üçün təbirlər üzərində düşünür və bunun üçün əlində olan bütün imkanlardan istifadə etməyə hazırdır.
Ağalar Qəribov
Ordu.az