Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Detik” xəbər portalı məlumat yayıb.
“Biz Cənubi Çin dənizi, Şimali Koreya problemi kimi məsələləri müzakirə etdik”, - deyə danışıqlardan sonra jurnalistlərə İndoneziyanın müdafiə naziri Roamizard Riaçudu bildirib.
Onun sözlərinə görə, Cakarta KXDR-i beynəlxalq hüquq normalarına riayət etməyi səsləyir.
“Nazir Ceyms Mettislə həmçinin İŞİD terror təşkilatı ilə mübarizənin koordinasiyasını müzakirə etdik”, - deyə Riaçudu açıqlayıb.
Ağalar Qəribov
Ordu.az