ABŞ Türkiyə ilə birgə “təhlükəsizlik zonası” yaratmağa ümid edir

2018/01/150937038645645_1516685620.jpg
Oxunub: 3351     13:32     23 Yanvar 2018    
“Türkiyə rəhbərliyi ilə Suriyanın şimal-qərbində birgə “təhlükəsizlik zonası”nın yaradılmasına ümidvarıq”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

“Biz Türkiyə rəhbərliyi və Suriyadakı bir sıra qüvvələrlə ölkədə vəziyyətin necə stabilləşdirilməsi və Türkiyənin öz təhlükəsizliyinə görə ehtiyatını qarşılamaq barədə müzakirələr aparırıq”, - deyə Tillerson bildirib.

Onun sözlərinə görə, Amerika hökuməti Türkiyə ilə birgə zəruri olan “təhlükəsizlik zonası”nın yaradılması üzrə əməkdaşlıq etmək niyyətindədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   Suriya   Təhlükəsizlik-zonası  


Bizi "telegram"da izləyin