Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bəyan edib.
“Hazırda iki ədəd S-400 kompleksi Hmeymim və Tartusda hava hücumundan etibarli müdafiəni təmin edərək Suriyada döyüş növbətçiliyindədir. Bu, taktiki-texniki xüsusiyyətlərinə görə dünyada təkrarsız unikal komplekslərdir. Bunun aydın sübutu NATO üzvü olan Türkiyə ilə S-400-lərin satılmasına dair müqavilənin imzalanmasıdır”, - deyə Şoyqu Cənub-Şərqi Asiya ölkələrinə səfəri çərçivəsində bildirib.
Şoyqu qeyd edib ki, Türkiyə Yunanıstandan sonra S-400-lə təchiz edilən 2-ci ölkə olacaq.
“Bu gün dünyanın istənilən regionundan olan xarici həmkarlarımızla bir görüşümüz və ya danışıqlarımız Rusiya silahının təchizatı mövzusu olmadan keçmir”, - deyə general açıqlayıb.
Onu sözlərinə görə, hazırda Yaxın Şərq və Cənub-Şərqi Asiyadan olan ölkələrlə S-400-lərin alınmasına dair danışıqlar artıq başlayıb.
Ağalar Qəribov
Ordu.az