Ukraynada 20-dən çox müdafiə briqadası yaradılacaq

2018/01/227_1516629871.jpg
Oxunub: 4415     22:23     22 Yanvar 2018    
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı 2018-ci il ərzində ərazi müdafiəsi qoşunlarını briqada strukturuna keçirməyi planlaşdırır.

Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Plana əsasən, hər rayonda (şəhər) olan müdafiə bölmələri batalyonıara çevriləcək və briqadalara bölünəcək.

Ukranya ordu rəhbərliyinin fikrincə, bu, ərazinin müdafiəsini daha sistemli şəkildə təşkil etməyə və idarəetməni yaxşılaşdırmağa imkan yaradacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ukrayna-ordusu  


Bizi "telegram"da izləyin