PYD/PKK TSQ ilə döyüşmək üçün İŞİD əsirlərini azad edir

2018/01/324523534_1516624692.jpg
Oxunub: 2183     20:36     22 Yanvar 2018    
PYD/PKK terror təşkilatı Afrində həbsdə saxladığı İŞİD üzvlərini Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusuna (ASO) qarşı döyüşmələri şərtilə azad edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə etibarlı yerli mənbələr bidlirib.

Mənbələrin məlumatına görə, PYD/PKK daha əvvəlki döyüşlərdə ələ keçirdiyi İŞİD terrorçularını həbsdə saxlayırdı, lakin bu gün onları özlərinə dəstək vermək şərtilə həbsdən çıxarıb.

Agentlik əlavə edir ki, PYD/PKK daha əvvəl də Rəqqanın mərkəzində mühasirəyə aldığı İŞİD terrorçuları ilə razılığa gələrək onaları bölgədən təxliyə edib. Həmin terrorçuların böyük hissəsi isə Türkiyəyə daxil olmaq məqsədilə sərhədə doğru istiqamətlənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   İŞİD   Afrin  


Bizi "telegram"da izləyin