Ordu.az TASS-a istinadən xəbər verir ki, öncəki planlaşdırmalara görə bu uğura əməliyyatların yalnız 4-cü günündə nail olunacağı gözlənilirdi.
Türkiyə qoşunları artıq 9 kəndi tam azad edib və 3 strateji yüksəkliyi ələ keçirib. Azad edilən ərazilərdə qısa zamanda müvəqqəti hərbi bazalar qurulub.
Türkiyə KİV-lərinin məlumatına görə, yeni ərazilərin ələ keçirilməsində 2000 nəfərlik kontingent iştirak edib. Bundan sonra əlavə 1000 əsgərin də əməliyyata qoşulacağı bildirilib. Ümumilikdə isə 6500 əsgər və zabitin Suriya ərazisindəki hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir.
Ağalar Ağalarlı
Ordu.az