BMT İranın Yəmənə silah embarqosunu pozduğunu müəyyənləşdirib – HESABAT

2018/01/345345345_1515825271.jpg
Oxunub: 806     10:32     13 Yanvar 2018    
BMT ekspertləri qənaətə gəliblər ki, İran Yəmənə münasibətdə silah embarqosunu pozur.

Ordu.az “Agence France Presse” nəşrinə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasınının hesabatında bəhs edilir.

Agentlik qeyd edir ki, embarqonun həyata keçirilməsinə nəzarət edən ekspertlər Yəmənə silah təchizatına dair embarqonun qəbul edilməsindən sonra İran mənşəli raket qırıntıları, hərbi texnika və PUA aşkarlayıblar.

Müəlliflər İranda məhz kimin silah təchizatına görə məsuliyyət daşıdığını müəyyənləşdirə bilməyinlər, lakin onların fikrincə, Tehran qiyamçıların silahla təchizatının qarşısını almaq üçün zəruri olan tədbirlər görməyib.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Vaşinqtondakı hərbi bazada noyabrın 4-də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə vasitələri tərəfindən vurulan raket quruntılarını təqdim edib. Diplomat hesab edir ki, bu raket husilərə məhz İran tərəfindən verilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: BMT   İran-Yəmən  

Xəbər lenti

BMT İranın Yəmənə silah embarqosunu pozduğunu müəyyənləşdirib – HESABAT

2018/01/345345345_1515825271.jpg
Oxunub: 807     10:32     13 Yanvar 2018    