Çin XİN: “Danışıqların bərpasına yardım göstərməyə hazırıq”

2018/01/1018986072346_1515144520.jpg
Oxunub: 3836     17:51     05 Yanvar 2018    
“Çin rəhbərliyi KXDR və Koreya Respiblikası arasında danışıqların bərpasına müsbət yanaşır və bu prosesə yardım göstərməyə hazırlığını ifadə edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bəyan edib.

“Biz bu yaxınlarda Koreya yarımadasında baş verən dəyişikliklərə diqqət etdik. Bunda öncə Pekinin rəsmi mövqeyini dəfələrlə ifadə etmişik: Çin tərəfi danışıqlara müsbət yanaşır və belə müsbət addımların atılmasını dəstəkləyir”, - deyə Şuan bildirib.

O, Pxenyan və Seul arasında əlaqələrin yaxşılaşmasından ümidvar olduğunu ifadə edib və beynəlxalq ictimaiyyətin də bu prosesə yardımçı olacağına ümid etdiyini vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   KXDR   Danışıqlar  


Bizi "telegram"da izləyin