Seul və Pxenyan arasında dialoqun əsas mövzusu nə olacaq?

2018/01/700ht_Kor435345_1515144216.jpg
Oxunub: 1567     17:38     05 Yanvar 2018    
KXDR və Cənubi Koreya arasında bilavasita danışıqların əsas mövzusu ikitərəfli əlaqələrin yaxşılaşdırılması olacaq.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.

“Danışıqların əsas mövzusu Seul və Pxenyan arasında əlaqələrin yaxşılaşması yönündə praktik addımların atılması olacaq. Həmçinin Şimali Koreya idmançılarının Pxyonçxanda keçiriləcək Olimpiya oyunlarında iştirakı da müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların aparılacağı da gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Danışıqlar  


Bizi "telegram"da izləyin