KXDR və Cənubi Koreya danışıqlarında nüvəsizləşdirmə məsələsinə toxunulmayacaq

2018/01/inx960x640546456_1515140655.jpg
Oxunub: 2627     16:21     05 Yanvar 2018    
“KXDR və Koreya Respublikası arasında nəzərdə tutulan bilavasitə danışıqlar istisnasız olaraq Pxyonçxanda keçirilən Olimpiya oyunları və bir sıra daxili məsələlərə aid olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauret mütəmadi birifinqdə bəyan edib.

“Bizim başa düşdüyümüz qədərilə danışıqlar məhdud xarakter daşıyacaq. Söhbət Olimpiya oyunlarından gedəcək, o cümlədən bir sıra daxili məsələlərin müzakirə edilməsi də mümkündür”, - deyə Nauret Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinin də müzakirə edilib-edilməyəcəyi barədə suala cavab verərkən bildirib.

O qeyd edib ki, bu danışıqların müsbət gələcək vəd etməsi barədə suala dəqiq cavab verə bilməz.

“Biz Şimali Koreyanın nüvəsizləşdirmə məsələsinə dair danışıqlar aparacağına şübhə ilə yanaşırıq. Bu, bizim, təsir göstərmə kompaniyasının məqsədidir. Əgər Seul və Pxenyan oturub bu barədə danışmaq istəyirlərsə, biz buna şübhə ilə yanaşacağıq, lakin yenə də öz iddiamızda qalacağıq”, - deyə Nauret vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-sınağı   Danışıqlar  


Bizi "telegram"da izləyin