ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar qəbul edib

2018/01/345634534_1515139831.jpg
Oxunub: 1640     16:10     05 Yanvar 2018    
Birləşmiş Ştatlar terrorizm fəaliyyətində iştirakını zənn etdiyi 5 İran təşkilatı, o cümlədən 3 fiziki şəxsə qarşı sanksiyalar qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin sanksiya siyahısına əlavə etdiyi təşkilatlara “Shahid Kharrazi Industries”, “Shahid Sanikhani Industries”, “Shahid Moghaddam Industries”, “Shahid Eslami Research Center” və “Shahid Shustari Industries” aiddir. ABŞ bu şirkətləri ballistik raket hazırlamaqda təqsirli hesab edir.

“Bu sanksiyalar İran raket proqramında aparıcı təşkilatlara qarşı yönəlib, onlar İran rejimini İran xalqının iqtisadi məmnunluğundan daha yüksək pilləyə qoyur. İran xalqı əzab çəkdiyi müddət ərzində İslam İnqilabı Keşikçiləri Korpusu xarici silahlıları, terrorçu qrupları və insan hüquqları pozucularını silahla təchiz edir”, - deyə ABŞ Maliyyə Naziri Stiven Mnuçin bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Sanksiya  


Bizi "telegram"da izləyin