Kabildəki partayışda ölənlərin sayı 20-yə çatıb

2018/01/149902919923423_1515134945.jpg
Oxunub: 2995     14:47     05 Yanvar 2018    
Əfqanıstanın paytaxtı Kabil şəhərində dünən baş verən partlayış zamanı ölənlərin sayı 20 nəfərə çatıb, 30-ə qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ordu.az “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış terrorçu-kamikadzenin polis qrupu yaxınlığında özünü partlatması nəticəsində baş verib.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, daha öncə terror aktı nəticəsində 25 nəfərin yaralandığı bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   Terror  


Bizi "telegram"da izləyin