Heyli: “ABŞ heç vaxt KXDR-i nüvə gücü olaraq tanımayacaq”

2018/01/3E9048A8-B3A7-4D2D-A03E-E58319FAED70_w987_r1_s34534_1515132352.jpg
Oxunub: 1462     14:05     05 Yanvar 2018    
“Birləşmiş Ştatlar heç vaxt Şimali Koreyanı nüvə gücü olaraq tanımayacaq”.

Ordu.az “PrimaMedia” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Biz KXDR-in növbəti raket sınaqlarına hazırlaşması barədə xəbərlər eşidirik. Ümid edirəm ki, bu baş verməz. Lakin əgər baş versə, biz Şimali Koreyaya münasibətdə daha ciddi tədbirlər görməli olacağıq”, - deyə Heyli bildirib.

Xatırladaq ki, KXDR lideri Kim Çen In özünün Yeni İl təbrikində masasının üzərində hər zaman nüvə düyməsinin olduğunu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin