SQQ İdlibdə daha 6 yaşayış məntəqəsini azad etdi

2018/01/orig-15151098888cf7b116354676f86eeb8f3da15659775645_1515132064.jpeg
Oxunub: 3081     14:01     05 Yanvar 2018    
Suriya Quru Qoşunları xalq müqavimət qüvvələrinin köməyi ilə İdlib vilayətinin cənub-şərqində 6 yaşayış məntəqəsini “Ən-Nüsra Cəbhəsi” terrorçularından təmizləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hökumət qüvvələri hazırda Tamanaa rayonunda terrorçuların sığınacağından 5 kilometr, Xan-Şeyxun şəhərindən 8 kilometr, Circanaz şəhərindən 13 kilometr məsafədədirlər. Bu şəhərlərin hər birində “Ən-Nüsra Cəbhəsi” və onun tərəfində vuruşan “Əhrar əş-Şam” ekstremist qruplaşmasının xeyli sayda qüvvələri toplaşıb.

Qeyd edək ki, Suriya Silahlı Qüvvələri İdlibin cənubunda əməliyyatlara ötən ilin dekabrında başlayıb. 11 gün ərzində Suriya ordusu 36 yaşayış məntəqəsində nəzarəti bərpa edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İdlib   Terror  


Bizi "telegram"da izləyin