General-mayor: “Pakistan-ABŞ anlaşmazlığı Əfqanıstana mənfi təsir göstərə bilər”

2018/01/asif-ghafoor-e14988391694952332_1515089538.jpg
Oxunub: 2570     02:32     05 Yanvar 2018    
“ABŞ və Pakistan arasındakı yanlış anlaşılma Əfqanıstandakı sülhə zərbə vura bilər”.

Ordu.az dailytimes.pk saytına istinadən xəbər verir ki, bu fikirləri ISI-nın ictimai əlaqələr departamentinin rəhbəri general-mayor Asif Qafur səsləndirib.

Onun fikirlərinə görə Trampın Pakistanla bağlı enişli-yoxuşlu fikirlərinə rəğmən iki ölkə hələ də dostdur.

“Biz dost və müttəfiqik. Müttəfiqlərlə müharibə aparılmaz. Bir neçə dəfə olub ki, Pakistan ABŞ-ın yanında dayanıb. Hətta bir dəfə Pakistan Rusiya ilə müttəfiq ola bilərdi, lakin biz seçimimizi ABŞ-dan yana etdik”, - deyə Qafur bildirib.

O əlavə edib ki, Pakistanın öz nüfuzu və dürüstlüyünü riskə atmayacaq. Pakistan Əfqanıstanda sülhü bərqərar etmək üçün bu ölkədəki koalisiya qüvvələri ilə yaxından əməkdaşlıq edir.

General-mayor qeyd edib ki, Pakistanın terrorla mübarizədə qalib gəlməsini istəməyən Hindistan regiondakı sabitliyi pozan bir nömrəli aktordur. O, ABŞ-ın yeni təhülkəsizlik konsepsiyasına da toxunub.

“ABŞ-ın region üçün yeni siyasi xəttində qeyd edilir ki, Hindistan regiondakı təhlükəsizlik məsələləri üzrə aparıcı rol oynayacaq. Heç kimdən bir təhlükəsizlik qarantına ehtiyacımız yoxdur. Biz məsuliyyətli dövlətik və regionda sülh üçün səylərimizə davam edəcəyik. ABŞ anlamalıdır ki, bizim Hindistanla aramızda məlum bir vəziyyət mövcuddur. Bu vəziyyət çərçivəsində bəzi həllini gözləyən problemlərimiz var. Bu problemlər aradan qalxmadığı müddətcə regionda sülhü təmin etmək mümkün deyil”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   MTS  


Bizi "telegram"da izləyin