"Türkiyə ərazisində rus hərbçiləri yerləşdirilməyəcək" - İbrahim Kalın

2018/01/51_1515074016.jpeg
Oxunub: 1892     21:54     04 Yanvar 2018    
“Bunu Rusiya hərbçilərinin Türkiyə ərazisində yerləşdirilməsi kimi qiymətləndirmək düzgün deyil”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki. Bu barədə Türkiyə Prezident Aparatının mətbuat katibi İbrahim Kalın jurnalistlərin “S-400 zenit raket kompleksləri ilə birgə Rusiya hərbçiləri də Türkiyəyə gələcəklərmi?” sualına cavab verərkən bildirib.

O qeyd edib ki, Rusiyalı hərbçilərin Türkiyə ərazisində yerləşdirilməsindən söhbət belə gedə bilməz.

“Lakin texniki əməkdaşlığa bağlı məlumatların əldə edilməsi zərurəti yaranır. ABŞ qeyd edib ki, “Patriot”u sata bilər, lakin texniki məlumatlarla bölüşməyəcək. Əgər “Patriot”a dair müzakirələr bitibsə, biz bu hərbi texnikadan istifadə edə bilərdik. Bu çərçivədə biz Fransa və İtaliya şirkətləri ilə “Eurosan” üzrə müqavilə imzalamışıq”, - deyə Kalın qeyd edib.

Onun sözlərinə görə, S-400-lərin alınmasını Moskva və Ankaranın yaxınlaşması kimi qiymətləndirmək yolverilməzdir.

“Türkiyənin yalnız bir müttəfiq regionla əməkdaşlığını və razılaşma imzalamasını gözləmək düzgün olmazdı”, - deyə Kalın vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   S-400  


Bizi "telegram"da izləyin