Suriyada döyüşlər hələ də davam edir - 2018-ci ilin ilk İCMALI

2018/01/1345345345_1515070410.jpeg
Oxunub: 2543     20:48     04 Yanvar 2018    
Deyr əz-Zorda İŞİD-ə məxsus minanın partlaması nəticəsində dinc sakin həlak olub, İŞİD və “Ən-Nüsra Cəbhəsi” arasındakı döyüşlərdə 30-dan çox terrorçu ölüb, terrorçular Darya şəhərini atəşə tutub.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşq və Daryada terrorçuların mövqelərini atəşə tutublar, Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə İdlib vilayətlərini “Ən-Nüsra Cəbhəsi”ndən azad ediblər.

Rusiya Aerokosmik Qüvvələri: İdlib vilayətində “Ən-Nüsra Cəbhəsi” terrorçularının mövqelərinə zərbələr endiriblər.

İŞİD: Daryada Suriya Quru Qoşunlarına qarşı hücum həyata keçirib, PYD tərəfindən nəzarət olunan ərazilərdə gizlənir və İdlibdə itkilər verib.

“Həyat Təhrir əş-Şam”: İdlibdə iŞİD-lə tədbirlər həyata keçirib.

Azad Suriya Ordusu: Darya vilayətinin qərbində İŞİD-ə qarşı çıxır.

PYD: Deyr əz-Zorda İŞİD-lə döyüşür.

Dəməşq vilayəti: vilayətin cənub-şərqində Suriya ordusu ilə radikal qruplaşmalar arasında sərt qarşıdurmalar davam edir.


“Telegram” sosial şəbəkəsində @EMCnewscenter1 adlı istifadəçi bildirir ki, bu vilayətdə hökumət qüvvələrini həmçinin Suriyanın Hərbi Hava Qüvvələri də dəstəkləyir. Xüsusən Hərast şəhəri yaxınlığında intensiv döyüşlər gedir.

Xatırladaq ki, qarşıdurmanın mərkəsində yaşayış məntəqəsinə yaxşı yerləşən hərbi baza var.

Hazırda Suriya ordusunun hərbi qulluqçuları “Həyat Təhrir əş-Şam” terrorçularından azad edilən Şərqi Quta ərazilərindən minalardan təmizləmə əməliyyatları aparırlar.

“Al-Masdar News” agentliyinin məlumatıa görə, əməliyyatlar çərçivəsində terrorçulara məxsus böyük silah anbarı aşkarlanıb.

Deyr əz-Zor vilayəti: Məhəmdiyə kəndində İŞİD terrorçuları tərəfindən quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı işə düşüb.


“DeirEzzor 24” informasiya agentliyi bildirir ki, partlayış nəticəsində bir dinc sakin həlak olub.

Deyr əz-Zor vilayətinin şərqində PYD və İŞİD arasında silahlı qarşıdurmalar davam edir. Daha öncə bildirilirdi ki, Hədcin şəhərində PYD İŞİD qüvvələrini əhatəyə alıb.

Xatırladaq ki, qarşıdurmalara baxmayaraq İŞİD-in kiçik qruplaşmaları regoinda PYD qüvvələrinin ərazilərində gizlənir.

Darya vilayəti: vilayətin qərbində Azad Suriya Ordusu ilə radikal “Ceyş Xalid İbn əl-Valid” qruplaşması arasında silahlı qarşıdurmalar qeydə alınıb. Bu qruplaşmanın İŞİD-ə tabe olduğu bildirilir.


Həmçinin terrorçular regionun inzibati mərkəzinə atəş açıblar. Bir neçə mərmi əl-Məhatta rayonuna düşüb, lakin hadisə nəticəsində dinc sakinlərdən xəsarət alan olmayıb.

İdlib vilayəti: İdlib vilayətində “Həyat Təhrir əş-Şam” və İŞİD terror qruplaşmaları arasında qızğın döyüşlər davam edir. “Twitter” sosial şəbəkəsində @PamSpenser adlı istifadəçinin məlumatına görə, döyüşlər nəticəsində Əbu-Hənadik yaşayış məntəqəsi yaxınlığında hər iki qruplaşmadan təxminən 30 nəfər ölüb.


Suriya ordusu isə Rusiya Aerokosmik Qüvvələrinin havadan müşayiəti ilə İdlib vilayətinin ərazilərini “Ən-Nüsra Cəbhəsi” terrorçularından təmizləməyə davam edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   Suriya-böhranı  


Bizi "telegram"da izləyin