Ordu.az xəbər verir ki, bu barədə “Iraqi News” informasiya agentliyi məlumat yayıb.
Silahlı qarşıdurma nəticəsində bir İŞİD terrorçusunun zərərsizləşdirildiyi bildirilir. Həmçinin iki polis əməkdaşı yaralanıb.
Hadisədən sonra regionun hüquq mühafizə orqanlarının Kərkük ərazisində “yatan” İŞİD birliklərinə qarşı irimiqyaslı əməliyyatlara başlandığı bəyan edilib.
İŞİD terrorçularına qarşı Mosul hüdudlarında həyata keçirilən əməliyyatlar çərçivəsində isə İraq ordusunun hərbçiləri 11 İŞİD üzvünü zərərsizləşdirib. Daha 6 terrorçu isə həbs edilib.
Ağalar Qəribov
Ordu.az