Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Al Masdar News” internet qəzeti yayıb.
Terrorçuların mövqelərinə hücumlar bu gün səhər saatlarında İdlib vilayətində başlayıb.
Hərbi mənbələrin məlumatlarına görə, bu hücumda “Pələng qüvvələri” və 4-cü mexanikləşdirilmiş diviziya iştirak edib. Suriya ordusunun hücumu bir haubitsa, o cümlədən raket artilleriyası və Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələri ilə müşayiət olunub.
Məlumatda bildirilir ki, bu hücumlardan sonra Suriya qoşunları yolların kəsişməsində yerləşən Sincar şəhərinə çatıblar. Daha sonra Suriya Quru Qoşunlarının Əbu ed-Duhur aerodromuna hücuma başlayacaqları qeyd olunur.
Ağalar Qəribov
Ordu.az