Suriyada “Tornado-S” RYAS uğurla sınaqdan keçirilib

2018/01/Tornado-S--2_1515065008.jpg
Oxunub: 2629     19:13     04 Yanvar 2018    
Suriyada Rusiya istehsalı olan yeni nəsil “Tornado-S” reaktiv yaylım atəşi sistemi uğurla sınaqdan keçirilib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RYAS-ın hazırlandığı “Splav” elmi-istehsal birliyinin baş direktoru Vladimir Lepin bəyan edib.

“Bu sistem artıq bu gün yalnız Rusiyada deyil, bütün ölkədə yaylım atəşi sistemlərinin inkişafında yeni vektor açıb”, - deyə Lepin bildirib.

Lepin yeni reaktiv yaylım atəşi sisteminin imkanlarının daha aydın təsəvvür edilməsi üçün bildirib ki, onun yaylımı 100 ədəd futbol meydançasına bərabər sahəni əhatə edir.

“Həmçinin hər mərminin konstruksiyasına uçuşun idarə edilməsi sisteminin daxil olduğu bildirilir. Bununla belə, dünyada mövcud olan RYAS-larla müqayisədə uçuş məsafəsi artırılıb”, - deyə Lepin vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tornado-S   RYAS   Suriya   Rusiya  


Bizi "telegram"da izləyin