Ordu.az express.uk saytına istinadən xəbər verir ki, ABŞ hökumətinin məlumatına görə orta mənzilli ballistik raket səhvən 200 minlik əhalisi olan bir şəhəri vurub.
Məlumatda bildirilir ki, 2017-ci il aprelin 28-də atılan “Xvason-12” raketi havaya qalxandan bir müddət sonra Tokçon şəhərinə düşüb.
Peyk şəkilləri zədələnmiş binaları və dağıntıların təmizləndiyini göstərir. Bu görüntüləri əvvəlkilərlə qarşılaşdırdıqda bir binanın bütövlükdə yox çıxdığı görünür.
KXDR rejiminin son dərəcə məxfiliyindən dolayı dağıntıların və itkilərin nə qədər olduğu məlum deyil.
Bu vaxta qədər Pxenyanın Yaponiya üzərindən raket atdığı məlumdur. Qəzanın üzə çıxmasından sonra Yaponiya rəsmiləri növbəti bir uğursuzluğun yapon şəhərlərini hədəf alacağından narahatdırlar.
Ağalar Ağalarlı
Ordu.az