Seul Pxenyanla nüvəsizləşdirmə üzrə dialoq aparmağı planlaşdırır

2018/01/1501061017345345_1515055999.jpg
Oxunub: 2453     17:42     04 Yanvar 2018    
“Koreya Respublikası ABŞ-la sıx koordinasiyada KXDR-lə dialoqun qaydaya salınması yollarının axtarışını aparır, Koreyadaxili danışıqlar isə paralel şəkildə nüvəsizləşdirməyə nail olunanadək aparılacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Kan Qyon Xva bu gün ABŞ-ın Koreya yarımadasındakı silahlı qüvvələrinin komandanı Vinsent Bruksla görüş çərçivəsində bəyan edib.

“Pxenyanla əlaqələr Seulun KXDR lideri Kim Çen Inın Yeni İl təbrikində nəzərdə tutulan Koreyadaxili əlaqələrin yaxşılaşdırılmasına cəhddir. Bizim qarşıda çox işimiz var və bu işlər bizdən əlaqədə qalmağı tələb edəcək”, - deyə Xva bildirib.

O xatırladıb ki, Koreya Republikasının lideri Mun Çje İn KXDR-lə danışıqları Pxenyanın raket və nüvə təhlükələri ilə mübarizəyə paralel şəkildə aparmağı zəruri hesab edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Danışıqlar  


Bizi "telegram"da izləyin