Köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

2026/06/1781861586.jpg
Oxunub: 202     12:28     19 İyun 2026    
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Ordu.az xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.

***

Xankəndi şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.

Ordu.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Köç  


Bizi "telegram"da izləyin