AMTŞ: Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək

2026/03/1773466996.jpg
Oxunub: 225     00:07     19 İyun 2026    
Hörmüz boğazından keçmək istəyən kommersiya gəmiləri 60 gün ərzində heç bir rüsum ödəməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) bəyanatında deyilir.

"İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Hörmüz boğazından keçmək istəyən kommersiya gəmiləri öz müraciətlərini Fars Körfəzi Su Yolu İdarəsinə (PGSA.ir) göndərməlidir", - bəyanatda bildirilib və əlavə olunub ki, 60 gün ərzində xərclər İran hökuməti tərəfindən qarşılanacaq.

Bununla əlaqədar olaraq, memorandumun məqsədlərinin həyata keçirilməsi üçün PGSA-ya müraciətlərə operativ baxıb cavablandırmaq tapşırılıb:

"Marşrutdakı xüsusi şərtləri və bəzi təhlükəsizlik təhdidlərinin mövcudluğunu, həmçinin təhlükəsiz hərəkətin təmin edilməsi və dəniz qəzalarının qarşısının alınması zərurətini nəzərə alaraq, ötürücülük qabiliyyətini tədricən artırmaq üçün gəmilər deyilən vaxt və göstərilən marşrutla keçməlidir. Hörmüz boğazından keçidin icra tədbirləri və texniki detalları PGSA vasitəsilə elan ediləcək".

Digər məsələlər, o cümlədən minalardan təmizləmə üzrə lazımi tədbirlər İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinə uyğun həyata keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran  


Bizi "telegram"da izləyin