Pezeşkian: "ABŞ ilə razılaşma İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi üçün fürsətdir"

2026/04/1777555387.jpg
Oxunub: 125     20:19     18 İyun 2026    
İran ABŞ ilə əldə olunan razılaşmanı regional əməkdaşlığın genişləndirilməsi, İslam ölkələri birliyinin möhkəmləndirilməsi, həmçinin regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün fürsət sayır.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib.

O həmçinin gərginliyin azaldılması və diplomatik prosesin irəlilədilməsindəki roluna görə Qətərə minnətdarlıq edib.

Tərəflər Tehran və Doha arasında strateji münasibətlərin inkişafını və bütün tərəflərin razılaşma üzrə öhdəliklərə əməl etməsinin zəruriliyini vurğulayıblar.

Xatırladaq ki, Qətər Əmiri iyunun 16-da ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ   İran  


Bizi "telegram"da izləyin