Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton Yaxın Şərqdə sülh yolu ilə nizamlanmaya sadiqdir və region ölkələrini aparılan danışıqlar prosesinin uğurla davam etməsinə şərait yaratmağa çağırır.
“ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdəki bütün tərəfləri öhdəliklərinə əməl etməyə çağırırıq ki, danışıqlarımız uğurla inkişaf etsin”, - deyə Tramp yazıb.
O əlavə edib ki, ABŞ bütün cəbhələrdə, o cümlədən Livanda, “Hizbullah” və İsrail arasında tam atəşkəsin əldə olunmasını gözləyir.
Bəyanat ABŞ və İran arasında ilkin memorandumun imzalanmasından sonra səsləndirilib. Memorandum yekun razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar dövrünün başlanmasını nəzərdə tutur.
Sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasından bəhs edilir.
Bununla belə, İsrailin bu məsələdə mövqeyi dəyişməyib.
İsrail rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, ölkə qoşunlarını Livanın cənubundan çıxarmağı planlaşdırmır və təhlükəsizliyin təmin olunması üçün lazım olduğu müddətdə hərbi mövcudluğunu davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az