Dunkan Norman: "Cənubi Qafqazda sülh region ölkələri üçün yeni imkanlar açacaq"

2026/06/Ekran-1781799636.jpg
Oxunub: 132     20:15     18 İyun 2026    
Cənubi Qafqazda sülh region ölkələri arasında ticarət, investisiya və əlaqəlilik üçün yeni imkanlar açacaq.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman Kral III Çarlzın doğum gününə həsr edilmiş tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycan qlobal əlaqələri olan dinamik, müasir ölkədir.

"Azərbaycan yeni imkanlar mərhələsindədir, çünki uzun illərdən sonra ilk dəfə olaraq Cənubi Qafqazda möhkəm sülhün real perspektivi yaranır. Sülh region ölkələri arasında ticarət, investisiyalar və əlaqəlilik üçün yeni imkanlar açacaq. İndi vəzifə bu sülhü uzunmüddətli etməkdir. Lakin müşahidə etdiyim bütün dəyişikliklərə baxmayaraq, bir şey dəyişməz qalıb - Azərbaycan xalqının hərarəti və qonaqpərvərliyi", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norman   Qafqaz   Sülh  


Bizi "telegram"da izləyin