Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

2026/06/1781511233.jpg
Oxunub: 216     12:12     15 İyun 2026    
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur".

Ordu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası" adlı panel sessiyada səsləndirib.

O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkmənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin