KİV: İran, İraq və Suriya hava məkanlarının bir hissəsini bağlayıb

2026/06/1780896170.jpg
Oxunub: 301     09:33     08 İyun 2026    
İran, İraq və Suriya Tehranın İsrailin Livana son hücumuna cavab olaraq İsrail istiqamətində raketlər buraxmasından sonra hava məkanlarının bir hissəsini bağlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Məlumata görə, İran raket yaylım atəşindən sonra ölkənin qərb hissəsindəki hava məkanını bağlayıb.

“Milli təhlükəsizlik qiymətləndirmələri ilə əlaqədar olaraq ölkənin hava məkanının qərb hissəsi növbəti bildirişədək bağlı elan edilib”, - İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxəvanın IRNA agentliyinə təqdim etdiyi bəyanatda deyilir.

İraq da hava məkanını müvəqqəti bağlayıb və aeronaviqasiya fəaliyyətini dayandırıb. Mülki aviasiya nümayəndələri qərarın uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edildiyini bildiriblər. İraq Mülki Aviasiya İdarəsi qadağanın 72 saat qüvvədə olacağını açıqlayıb.

Suriya isə cənub hava məkanını 12 saat müddətinə bağlayıb və Dəməşq hava limanının fəaliyyətini dayandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İraq   Suriya  


Bizi "telegram"da izləyin