Hakan Fidan iranlı həmkarı ilə son gərginliyi müzakirə edib

2026/01/1768383413.jpg
Oxunub: 221     00:49     08 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş ttub.

Ordu.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Vurğulanıb ki, danışıq zamanı diplomatlar bu gün bölgədə baş verən gərginlik, eləcə də İran ilə ABŞ arasında davam edən danışıqlarda son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, İran Beyruta hücuma cavab olaraq İsrailə raketlər atıb. İsrail ordusu raketlərin ələ keçirildiyini bəyan edib. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp İsrail və İrana çağırış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Əraqçi  


Bizi "telegram"da izləyin