Rusiya Aİ-nin 81 KİV-nə qarşı məhdudiyyətlər tətbiq edəcək

2024/03/1711083593.jpg
Oxunub: 169     16:43     25 İyun 2024    
Rusiya Avropa İttifaqının üç Rusiya KİV-nin yayımını qadağan etmək qərarına cavab olaraq Rusiyada Avropa İttifaqının 81 KİV-nin yayımını və internet saytlarına girişi məhdudlaşdıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

İyunun 25-də günortadan sonra XİN-in saytında dərc olunmuş məlumatda deyilir ki, məhdudiyyətlər “Aİ-yə üzv ölkələrin bir sıra KİV-nin və Aİ-nin ümummilli media operatorlarının xüsusi hərbi əməliyyatın gedişi haqqında sistemli şəkildə yalan məlumat yayan yayım resurslarına şamil edilir.

Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıda Lüksemburq və Xorvatiya istisna olmaqla, bütün Aİ ölkələrinin nəşrləri, televiziya kanalları və radiostansiyalarının adı çəkilir.

81 nəşrdən 9-u Fransadan, o cümlədən France-Presse xəbər agentliyi, Le Monde və Liberation qəzetləridir. Siyahıda Almaniyanın Der Spiegel, Die Zeit və Frankfurter Allgemeine Zeitung nəşrlərinin, İspaniyanın El Mundo, El Pais qəzetlərinin, EFE agentliyinin, İtaliyanın La Stampa və La Repubblica qəzetlərinin adı çəkilir.

Ümumavropa mediası siyahısına Politico nəşri (həm Avropa, həm də Amerika versiyaları) daxildir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya tərəfi yerli jurnalistlərin siyasi motivli təqiblərinə və Rusiya mediasına Aİ məkanında əsassız qadağalara cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib. Buna baxmayaraq, qurum hesab edir ki, Avropa İttifaqı eskalasiya yolunu tutmağa üstünlük verib. Moskvanı mütənasib əks tədbirlər görməyə məcbur edib”.

Rusiya XİN qeyd edib ki, Avropa İttifaqında Rusiya mediasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, qərara yenidən baxmağa hazır olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya    


Bizi "telegram"da izləyin