Rusiya-KXDR danışıqları Ukraynadan daha çox Mərkəzi Asiyaya ünvanlanıb? – BAXIŞ BUCAĞI

2024/06/1719313039.jpg
Oxunub: 331     17:23     25 İyun 2024    
Rusiya prezidenti Vyetnamda hərarətlə qarşılansa da, danışıqlar heç bir prinsipial razılaşma ilə yekunlaşmayıb.

Pxenyandan fərqli olaraq, Hanoy heç bir anti-Rusiya ittifaqına qoşulmayacağına söz verməklə kifayətlənib, lakin birgə bəyanatda xüsusi olaraq vurğulanıb ki, Vyetnam Rusiyanın suverenliyini və ərazi bütövlüyünü təhdid edərsə və ya onun həyati maraqlarına mane olarsa, digər ölkələrlə müttəfiqlik etməyəcək.

Burada Cənubi Koreyanın reaksiyası gözləniləndən də sərt olub. Seul bildirib ki, Şimali Koreyanın hərbi potensialını gücləndirən istənilən razılaşma təhdiddir. Koreya prezidentinin ofisinin yaydığı bəyanatda iki simvolik məsələyə toxunulur. Birincisi Pxenyanın raket proqramını məhdudlaşdırmaq üçün “nüvə çəkindiriciliyi proqramının həyata keçirilməsi” ilə bağlıdır.

Qərb mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putinin nümayəndə heyətində “Roskosmos” şirkətinin baş direktorunun olması Rusiyanın “Şimali Koreyanı kosmik gücə çevirmək niyyətində olduğunu” sübut edir. İkinci mühüm bəyanat Ukraynaya silah tədarükü məsələsinin nəzərdən keçirilməsinə aiddir. Seul tamamilə fərqli qərar verə biləcəyi barədə xəbərdarlıq edir. Cənubi Koreya prezidentinin ofisi Rusiyanın 5 tankerinə yük qadağası tətbiq edildiyini açıqlayıb.

Hökumət daha 500 məhsulun Rusiyaya ixracını qadağan etmək, 7 rus şirkətinə əlavə sanksiya tətbiq etmək qərarına gəlib. Bunlar ilk baxışdan sanki Rusiyanın keçmiş Baş naziri Viktor Çernomırdinin dediyinə bənzərdir: “Daha yaxşısını istəyirdilər, həmişəki kimi alındı”. Lakin Putin Seulun belə reaksiyasını çətinliklə hesablayıb. Belə olan halda, yəqin ki, biz vəziyyətin süni şəkildə gərginləşməsi ilə üzləşirik. Koreya prezidenti bu yaxınlarda Qazaxıstana səfər edib.

Moskva Seulla münasibətləri gərginləşdirməklə, görünür, Qazaxıstana eyham vurur ki, Koreya ilə yaxınlaşma yolu özünə qarşı “qeyri-dost” addımı kimi qiymətləndiriləcək və bundan irəli gələn nəticələr də olacaq. İki həftədən sonra Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Böyük ehtimalla, Belarus prezidenti Aleksandr Lukaşenko “Avrasiya Təhlükəsizlik Xartiyası”nın siyasi “konturlarını” təqdim edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Vyetnam   KXDR  


Bizi "telegram"da izləyin