Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi son bir ildə çoxsaylı kiberhücumlara məruz qalıb

2024/06/2024--1719301592.jpg
Oxunub: 190     15:45     25 İyun 2024    
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) son bir ildə çoxlu kiberhücumlara məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilib.

Açıqlamaya görə, son bir ildə bir çox kiberhücumlarda bəzi şəxsi məlumatların sızdırıldığı ehtimal edilir.

Açıqlamada hakerlərin qeyri-qanuni daxil olduğu şəbəkədə raketlər, peyklər və milli təhlükəsizliklə bağlı həssas məlumatların olmadığı bildirilib.

Qeyd olunub ki, milli təhlükəsizliklə bağlı məlumatlar ayrıca şəbəkədə idarə olunur və heç bir təhlükə törətmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Aerokosmik-Tədqiqatlar-Agentliyi  


Bizi "telegram"da izləyin