Abxaziya bölgəsində silahlı qarşıdurma baş verib

2024/04/660be-1712055691.jpg
Oxunub: 337     21:13     23 İyun 2024    
Rusiya ilə "Abxaziya" arasındakı "sərhəd-keçid məntəqəsi"ndə atışma baş verib.

Ordu.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb. Bildirilir ki, atışma nəticəsində ölənlər və yaralılar var.

TASS agentliyi Qaqra bölgəsində atışma zamanı bir nəfərin ölməsi, üç nəfərin isə yaralanması ilə bağlı məlumat yayıb.

İlkin məlumata görə Abxaziya bölgəsində atışmanın səbəbinin kriminal hesablaşma olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abxaziya   Rusiya  


Bizi "telegram"da izləyin