İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib

2026/06/1781259696.jpg
Oxunub: 196     02:18     19 İyun 2026    
İranın Xarici İşlər Nazirliyi (XİN) İordan çayının Qərb sahilində İsrail tərəfindən fələstinlilərə hücumları pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqainin bəyanatında deyilir.

"Bu cinayətlər İsrailin Fələstindəki müstəmləkəçi siyasətinin davamıdır", - o bildirib.

İ. Bəqai BMT və təşkilatın Təhlükəsizlik Şurasını bununla bağlı fəaliyyətsizlikdə günahlandırıb: "BMT-nin fəaliyyətsizliyi İsrailin qanun pozuntularının davam etdirilməsinə, eləcə də fələstinlilərə və regionun digər ölkələrinə qarşı ən ağır beynəlxalq cinayətlərin törədilməsinə gətirib çıxarır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin