ABŞ "Hizbullah"ı dəstəkləyən Livan siyasətçilərinə qarşı sanksiyalar tətbiq edib

2026/03/1773212137.jpg
Oxunub: 210     00:20     19 İyun 2026    
ABŞ "Hizbullah" qruplaşması ilə əlaqələrə görə Livan üzrə sanksiya siyahısını genişləndirib.

Ordu.az "Naharnet" portalına istinadən xəbər verir ki, məhdudiyyətlər, xüsusən də siyasi pillələrdə irəliləmək üçün radikallardan maliyyə dəstəyi alan xristian "Marada" partiyasının lideri Süleyman Franjiyeyə, eləcə də Livan və İsrail arasında sülh prosesinə mane olduğuna görə "Hizbullah"ın siyasi şurasının sədr müavini Mahmud Kummatiyə şamil edilib.

Xatırladaq ki, mayın 21-də Vaşinqton üç deputata, sabiq nazirə və dörd güc strukturu əməkdaşına, habelə İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybaniyə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hizbullah   Sanksiya  


Bizi "telegram"da izləyin