Ordu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Marta Kos qeyd edib ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ilə bağlantı məsələlərinə həsr olunmuş ilk ikitərəfli görüşünü keçirib.
Onun sözlərinə görə, tərəflər konkret layihələr üzrə işi fəallaşdırmaq barədə razılığa gəliblər. Bu layihələr arasında İstanbulu Bolqarıstan sərhədi ilə birləşdirən Halkalı-Kapıkule dəmir yolu xətti, həmçinin Avropa İnvestisiya Bankı ilə birlikdə İstanbul Şimal Dəmir Yolu Keçidi layihəsinə dəstək imkanlarının nəzərdən keçirilməsi yer alır.
Kos vurğulayıb ki, bu layihələr Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təchizat zəncirlərini yaxşılaşdırmalı, ticarət müddətini və xərclərini azaltmalıdır.
Sevinc Əliyeva
Ordu.az