Erməni fəal aclıq aksiyasını dayandırıb

2026/06/1781716261.jpg
Oxunub: 155     21:09     17 İyun 2026    
SSRİ-nin əməkdar idman ustası, erməni fəal İsrayel Hakobkoxyan bir neçə gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi məlumat yayıb.

Məlumata görə, Hakobkoxyan partiya sədri Qaqik Tsarukyanın müraciət və tövsiyəsini nəzərə alaraq aclıq aksiyasını başa vurub.

Qeyd edək ki, o, 2026-cı il iyunun 14-dən etibarən seçkilərin saxtalaşdırıldığı iddiaları ilə əlaqədar aclıq aksiyasına başlamışdı. Hadisə Ermənistanın daxili siyasi gündəmində geniş müzakirələrə səbəb olmuşdu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobkoxyan   Ermənistan  


Bizi "telegram"da izləyin