Rusiyada parlament seçkilərində 17 partiya iştirak edə biləcək

2026/06/1781710440.jpg
Oxunub: 186     19:28     17 İyun 2026    
Rusiyada keçiriləcək parlament seçkilərində iştirak etmək hüququ 17 siyasi partiyaya verilib.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya istinadən məlumat yayıb.

Pamfilovanın sözlərinə görə, hazırda Rusiyada rəsmi qeydiyyatdan keçmiş 25 siyasi partiya fəaliyyət göstərir. Onlardan 17-si seçkilərdə iştirak etmək hüququ əldə edib və qarşıdan gələn seçkilərə müxtəlif səviyyələrdə qatılacağı gözlənilir.

Rusiya Mərkəzi Seçki Komissiyasının iclasında çıxış edən sədr qeyd edib ki, seçki prosesində geniş siyasi təmsilçiliyin təmin olunacağı gözlənilir.

Parlament seçkiləri 2026-cı il sentyabrın 20-də keçiriləcək. Seçkilər nəticəsində 450 deputat müəyyənləşəcək. Onlardan 225-i majoritar dairələrdən, 225-i isə ümumrusiya seçki siyahıları üzrə seçiləcək.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Dövlət Duması seçkilərini ölkənin ən mühüm daxili siyasi hadisələrindən biri adlandırmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Parlament-seçkiləri  


Bizi "telegram"da izləyin